Xanımlar və bəylər, bir məsələ haqqında fikirləriniz maraqlıdır. Toya hazırlaşırıq, amma gələcək həyat yoldaşımla nikah müqaviləsi bağlamaq qərarına gəlmişik. Bəzi qohumlar bunu eşidəndə az qala “bu nə hörmətsizlikdir, sevgi olan yerdə kağıza nə ehtiyac var” deyib üstümə düşdülər. Amma mən hesab edirəm ki, müasir dövrdə bu, hər iki tərəfin hüquqlarını qoruyan normal bir addımdır. Sadəcə olaraq, bu sənədi elə tərtib etmək istəyirik ki, qanunvericiliyə tam uyğun olsun və gələcəkdə heç bir boşluq qalmasın. Aranızda belə müqavilə imzalayan və ya bu mövzuda məsləhət verə biləcək hüquqşünas tanıyan var? Hansı nüanslara diqqət yetirməliyik?